Ru
09:55 / 23 İyul 2017

Bakıda piyada keçidində yaşlı kişiyə hücum etdilər

643
 Piyada keçidində yaşlı kişi quldur hücumuna məruz qalıb.

 

BakuPost.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

 

Belə ki, metronun Neftçilər stansiyasının yaxınlığındakı yeraltı keçiddən keçən 57 yaşlı Süleymanov Behbud Əli oğlu qəfildən bir neçə şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər ondan cibində olan pulları ona verməyi tələb ediblər. Lakin pulunun olmadığını deyən B.Süleymanov naməlum şəxslər tərəfindən başından ağır zərbə alıb. Nəticədə o çoxlu qan itirib. Hadisə yerinə baxış keçirən Post Patrul Xidmətinin əməkdaşları yaralının vəziyyətinin ağır olduğunu görüb təcili yardım xidmətinə müraciət edib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər