Bakıda partlayış səsi - Polis idarəsindən açıqlama

1593
Bu gün günorta radələrində Bakıda bir neçə dəfə güclü partlayış səsi eşidilib.

BakuPost-un xəbərinə görə, ssosial şəbəkələrdə gedən müzakirələrdə aydın olub ki, partlayış səsləri paytaxtın bir neçə fərqli səmtindən gəlib. Bu sırada Bayıl, Əhmədli, Yasamal rayonları, mikrorayonlar, hətta Bakıxanov və NZS qəsəbələri də var. Bir çox şərhlərdə təlaş və qorxu notları hiss olunub.

Səbayel rayon Polis İdarəsi gurultunun səbəbini açıqlayıb. Məlum olub ki, gurultunun səbəbi dənizkənarı bulvarın yeni hissəsində quraşdırılan toplardan açılan yaylım atəşləridir.

"Hazırda Hərbi Dəniz Qüvvələrinin təlim-məşq prosesi gedir və səslər də bununla bağlıdır" - Polis İdarəsindən bildirilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər