Ru
11:20 / 20 İyul 2017

Olimpiya çempionu Bakıda 1 ailəni maşınla vurdu - VİDEO

1781
Bakıda avtomobil ata, ana və 3 yaşlı uşağı vurub.


Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu Füzuli küçəsində baş verib.


Naməlum avtomobil 1986-ci il təvəllüdlü Məmmədov Nicat Novruz oğlunu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızını və 3 yaşlı oğlu Hüseyni vurub. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Sportnet.az-ın məlumatına görə, hadisəni törədən şəxs 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina olub. O, 1976-cı ildə SSRİ yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.

 
Olimpiya çempionu Bakıda 1 ailəni maşınla vurdu -  VİDEO
Olimpiya çempionu Bakıda 1 ailəni maşınla vurdu -  VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər