Bakıda müştəri gözləyən taksi sürücüsü öldü

 Bakıda avtomobil taksi sürücüsünü vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Teymur Əliyev küçəsində "Mercedes" markalı avtomobil yol kənarında dayanan Cəsarət İsayevi vurub. Zərbə nəticəsində yıxılan C.İsayevin baş nahiyəsi asfalta çırpılıb və ölüb.

Qeyd edək ki, C.İsayev taksi fəaliyyəti ilə məşğul olub. Hadisə zamanı o yol kənarında dayanıb müştəri gözləyirmiş.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törədən sürücü saxlanılıb.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

29 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər