Ru
21:11 / 20 İyul 2017

Bakıda mübahisə güllələnmə ilə bitdi - VİDEO

1415
Sabunçu rayonunda güllələnmə hadisəsi baş verib.


ARB TV xəbər verir ki, qanlı olay Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində qeydə alınıb.


Naməlum şəxslər arasında yaranan mübahisə zamanı onlardan biri pnevmatik tapançadan atəş açıb və nəticədə bir nəfər baş və bədən nahiyəsindən xəsarətlər alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.


Baş vermiş hadisə ilə əlaqədar əraziyə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.

 

BakuPost




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər