Bakıda məktəbdə təşviş - Müəllimdə vərəm aşkarlandı

3229
Bakı şəhəri, 23 saylı tam orta məktəb bu təhsill qurumunda çalışan müəllimdə vərəm xəstəliyinin aşkarlanması ilə əlaqədar məlumat yayıb.

BakuPost xəbər verir ki, məktəbdən "Report”a daxil olan məlumata görə, həmin təhsil müəssisəsinin müəllimi Q.Balayeva (ad və soyad şərtidir) ötən ilin dekabrın 26-dan "kəskin respirator xəstəliyi” diaqnozu ilə işə gəlmir: "Fevralın 9-da Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 23 nömrəli tam orta məktəbə göndərilən məktubda Q.Balayevada "sağ ağciyərin vərəmi” diaqnozunun təsdiq edildiyi qeyd olunub. Dərhal Səhiyyə Nazirliyinin qurumları tərəfindən təhsil müəssisəsinin pedaqoji heyətinin və şagirdlərin müvafiq müayinəsi, həmçinin profilaktik tədbirlər həyata keçirilib və bu iş davam etməkdədir. Ötən il dekabrın 26-dan bu günə qədər şagird və müəllimlər arasında heç bir xəstəlik əlaməti aşkar olunmayıb”.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər