Bakıda kütləvi dava - Bıçaqlanan var

905
Bakıda kütləvi dava olub.

 BakuPost Report-a istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Gecə saatlarında "Dəniz yolu" adlanan ərazidə 1993-cü il təvəllüdlü Əliyev Hacıağa Nizami oğlu və tanışı 3 naməlum şəxlə əlbəyaxa dava edib. Nəticədə H.Əliyevin qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər