Ru
23:10 / 21 İyun 2018

Bakıda kirayə mənzillər ucuzlaşdı

1955
May ayında Bakıda kirayə mənzil bazarında qiymətlər ucuzlaşıb.


BakuPost-un məlumatına görə, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, kirayə mənzil bazarında ay ərzində 6.58 faiz ucuzlaşma, ilin əvvəli ilə müqayisədə isə 3.78 faiz ucuzlaşma müşahidə olunub.


Ticarət obyektlərinin icarəsində isə qiymətlər ay ərzində 1.68 faiz, ilin əvvəli ilə müqayisədə isə 3.29 faiz artıb.


N.İbrahimov əlavə edib ki, hər il may ayında kirayə mənzil bazarında azalma olur, çünki tələbələr evləri boşaldır, lakin sentyabrdan etibarən yenidən qiymətlərdə artım müşahidə olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər