Ru
09:56 / 19 Yanvar 2017

Bakıda iki nəfər bıçaqlandı

787
Bakıda gecə saatlarında iki nəfər bıçaqlanıb.


"Report"un xəbərinə görə, Sabunçu rayonu ərazisində 33 yaşlı Tural Səfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, yaralı vəziyyətdə taksiyə əyləşərək xəstəxanaya gedib. Həkimlər T.Səfərovun vəziyyətini ağır kimi qiymətləndirib. 


Daha bir bıçaqlanma hadisəsi isə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. 35 yaşlı Aruz Abdullayev rayonun Yəhya Hüseynov küçəsində tanışı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və tanışı A.Abdullayevə bir neçə bıçaq zərbəsi vurub. Xəsarət alan A.Abdullayev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Hər iki faktla bağlı Sabunçu və Binəqədi Rayon Polis idarələrində cinayət işi başlanılıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər