Ru
19:01 / 26 Fevral 2017

Bakıda göydən şifer parçası tökülür - VİDEO

2211
Yasamal rayonu, Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır.


Yayılan videoda hündürmərtəbəli binada mansard tikildiyi, lakin tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığı üçün ətrafda olan insanların həyatı üçün böyük təhlükə yarandığı əks olunub. "Şazi MMC” tərəfindən aparılan tikinti işləri zamanı binanın damından şifer parçaları aşağı düşür.


Sakinlər tikinti işlərinin aparılmasından narazı olduqlarını dilə gətiriblər. Hətta sakinlərdən biri 3 ay bundan əvvəl  həmin ərazidə aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəydiyini, ancaq buna görə ona təzminat ödənilmədiyini bildirib.

 

Bakı Post







Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər