Ru
10:57 / 22 Sentyabr 2017

Bakıda erməni nümayəndə heyətinin iştirak etdiyi konfrans başladı

843
Bakıda, Milli Məclisin binasında Azərbaycan parlamentinin, Avronest Parlament Assambleyasının (Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) və BMT-nin Azərbaycan Nümayəndələyinin təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi” mövzusunda konfrans keçirilir.


"Report”un xəbərinə görə, tədbirdə Avronest-ə üzv dövlətlərin, o cümlədən Ermənistanın nümayəndə heyəti iştirak edir. 


Ermənistanı bu ölkənin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan, onun köməkçisi köməkçisi Aram Barseqyan və heyətin digər üzvü Mane Tandilyan təmsil edir.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər