Ru
21:49 / 29 Aprel 2017

Bakıda ən çox ev haradan alınır? - VİDEO

1434
Son bir neçə ay ərzində paytaxtda ən çox mənzillərin alındığı ərazilər məlum olub. 


Son 5 ayda aparılan araşdırmalara əsasən, ilk yerlərdə Yasamal, Nərimanov, Nizami və Xətai rayonları gəlir. 


Vətəndaşların məhz həmin ərazilərdəki mənzilləri almaq istəyi müxtəlif səbəblərlə bağlıdır.


Əmlak eksperti Vəfadar Axundovun sözlərinə görə, sadalanan ərazilər paytaxtın 2 və 3-cü zonalarına aiddir. 


Bu zona mərkəzə yaxın olduğundan evlərin qiyməti həmişə diqqət mərkəzində olur.


Digər zonalarla sadalanan ərazilər arasında 40% qiymət fərqi olur. Şəhərin mərkəzində evlər çox bahalı olduğundan müraciətlər az olur.


3 otaqlı mənzillərin qiymətləri aktiv satış zonalarında 125-170 min manat arasında dəyişir.


Onun sözlərinə görə, son aylar həyət evlərinə olan tələbat və satış olduqca zəifdir. Bunun da əsas səbəbi sənədləşmə işləri ilə bağlıdır.


Ekspertlər yaya doğru qiymətlərdə cüzi enmələrin olacağını proqnozlaşdırırlar.


BakiPost.az "Xəzər Xəbər”ə istinadən ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər