Ru
11:22 / 20 İyun 2018

Bakıda dəhşətli yol qəzası - 1 ailənin faciəsi

3429
Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

 

Bakupost Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.

 

Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən gənc qadın və 4 aylıq körpəsi hadisə yerində vəfat edib. Sürücü isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin çox ağır olduğu bildirilir.


Qəzanı törədən sürücü vəfat edən uşağın atası olub.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər