Ru
15:14 / 17 İyul 2018

- Qadın özünü 17-ci mərtəbədən atdı/ VİDEO / YENİLƏNİB Bakıda dəhşətli intihar

4112
Bu gün Bakı şəhərinin Yasamal rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızın şəxsiyyəti müəyyənləşib.

 

BakuPost Lent.az-a istinadən xəbər verir ki, Yeni Yasamal 2 yaşayış massivində, "Şərur MTK”ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib.


Hazırda onun hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır.


Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

 

 * * *

 

Bakıda intihar hadisəsi baş verib.

 

BakuPost xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində qeydə alınıb.


Belə ki, 30-35 yaşlarında qadın özünü binanın 17-ci mərtəbəsindən atıb. Nəticədə o, hadisə yerindəcə keçinib.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. 


Həmin videonu təqdim edirik:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər