Ru
19:25 / 22 May 2017

Yanğında ölən 2 qardaşın kimliyi bilindi - FOTO/YENİLƏNİB

1043

 "Yanğın barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat saat 16:53 radələrində daxil olub. İlkin yanğın avtomobili 6 dəqiqə sonra hadisə yerinə çatıb və binanın 4-cü mərtəbəsində mənzilin alov içərisində olduğu haqqında məlumat verib".

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

 

Onun sözlərinə görə, dərhal hadisə yerinə texnika və şəxsi heyət göndərilib, təxminən 30 dəqiqə sonra yanğın məhdudlaşdırılıb, 15 dəqiqə sonra tam söndürülüb.

 

"Yanğının sondürülməsi zamanı mərtəbələrdən 2 azyaşlı uşaq xilas edilib. Kəşfiyyat zamanı mənzildə iki qardaş - 52 yaşlı Çeykullayev Aleksandr Petroviç və 54 yaşlı Çeykullayev Anatoli Petroviçin meyitləri aşkar olunub. Qonşuların sözlərinə görə, qardaşlardan biri xəstə, digəri isə içkiyə meylli olub, tüfeyli həyat keçirib", - deyə polkovnik bildirib.

 

FHN rəsmisi qeyd edib ki, yanğın nəticəsində 1 otaqlı, ümumi sahəsi 30 kvadrat metr olan mənzilin yanar konstruksiyaları yanıb: "Qonşuların dediyinə görə, əvvəlcə mənzildə partlayış baş verib, mənzilin pəncərəsi qırılıb, partlayışdan sonra yanğın baş verib. Hazırda hadisə yerində tədqiqatçılar araşdırma aparır, əlavə məlumat veriləcək. Hadisənin hansı səbəbdən baş verməsi dəqiq müəyyənləşəcək".

 

Mənzildə olan şəxslərin tüstüdən zəhərlənməsi və ya yanaraq ölməsinə gəlincə isə, R. Xudiyev bunun ekspertiza nəticəsində müəyyən olunacağını deyib.



***

18:19


Bakıda yaşayış binasında yanğın qeydə alınıb.

BakiPost.az APA-ya istinadən xəbər verir ki, hadisə
paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin
ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə
meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin
yanğınsöndürənləri cəlb edilib.

Yanğının qarısı alınıb.

Yanğında iki qardaş ölüb.

Onların kimliyi dəqiqləşdirlir.

Araşdırma aparılır.


Qeyd edək ki, bu gün paytaxtın Xətai rayonu, Fəhlə prospektində yerləşən avtomobil təmiri sexlərindən birində yanğın qeydə alınıb. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Bakı Post

 

Yanğında ölən 2 qardaşın kimliyi bilindi -  FOTO/YENİLƏNİB
Yanğında ölən 2 qardaşın kimliyi bilindi -  FOTO/YENİLƏNİB
Yanğında ölən 2 qardaşın kimliyi bilindi -  FOTO/YENİLƏNİB
Yanğında ölən 2 qardaşın kimliyi bilindi -  FOTO/YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər