Ru
13:24 / 26 İyul 2018

Bakıda daha bir “ölüm avtobusu” - Qapıları açıq halda 90 km/saatla sürdülər/ VİDEO

3713
Bakıda daha bir marşrut avtobusunun sərnişindaşıma qaydalarını kobud şəkildə pozma halına rast gəlinib.

 

BakuPost-un əməkdaşının çəkdiyi videodan görünür ki, 99 XV 369 nömrə nişanlı 102 saylı avtobusun sürücüsü normadan artıq sərnişin götürüb və avtomobilin qapıları açıq halda idarə edir. 


Məsələ burasındadır ki, qapıları açıq şəkildə hansısa qısa məsafənin qət edilməsindən söhbət getmir.


Bu kadrlar "Şamaxinka” kimi tanınan ərazidən Sulutəpə qəsəbəsinə kimi çəkilib. Bu şossedə avtobus qapısı açıq halda 60-70, bəzən isə 80-90 km/saat sürətlə idarə olunub. 


İşin məyusedici tərəfi həm də odur ki, həmin şossedə şütüyən YPX əməkdaşları sürücüyə heç bir irad bildirməyiblər. Məlum olduğu kimi həmin yolda hətta yol polisi postu (Ekologiya Postu) da var və nədənsə bu  boyda avtobus postda dayanan 10-a yaxın polisin gözünə görünməyib. 


Qeyd edək ki, analoji hallar Bakı şəhərində dəfələrlə qeydə alınıb, ciddi müzakirə mövzusuna çevrilib. Hətta qapıları açıq halda idarə etdiyinə görə sərnişinlərin yıxılıb ölməsi halları da baş verib. Bütün bunlara baxmayaraq, problem aradan qaldırılmır. Aidiyyəti qurumların səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından belə anormal hallar nəinki azalır, hətta getdikcə artır. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər