Ru
11:31 / 17 Oktyabr 2018

Bakıda daha bir ərazidə sürüşmə - Divar uçdu / FOTOLAR

1749
Bakıda divar uçub.


BakuPost "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 20-ci sahədən Bibiheybətə gedən yolda baş verib.


Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.


Torpaq sahəsinin də bir hissəsi sürüşüb. Hazırda ərazidə bərpa işləri aparılır.


Sözügedən yol Azərbaycan Avtomobil Yollarının balansındadır, hazırda qurumun işçiləri hadisə yerinə gəlib. Yola tökülən dağıntıları təmizlənməsinə başlanılıb. Yolun sağ hissəsində hərəkət qismən məhdudlaşırılıb


Aşan hasarın üstündə yaşayış evləri var. İlkin məlumatlara görə, evlərə heç bir ziyan dəyməyib.

 


 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər