Bakıda daha 2 yerdə sürüşmə aktivləşdi

1173
Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yeni dəyişikliklər müşahidə edilməsə də, orada sürüşmə prosesi dayanmayıb.

BakuPost xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır.

O qeyd edib ki, Bayılın Elşən İsmayılov küçəsindəki 102 və 102A ünvanındakı iki fərdi evinin damının çökməsinin sürüşmə prosesi ilə heç bir əlaqəsi yoxdur.

Nazirlik rəsmisi həmin evlərin yerləşdiyi ərazinin Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsindən aralıda yerləşdiyini də söyləyib.

R.Həsənov əlavə edib ki, son bir necə gün ərzində yağan yağışlarla əlaqədar Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesi aktivləşib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər