Ru
12:10 / 22 Fevral 2017

Bakıda daha 17 dayanacaq quraşdırılıb

760

Daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək
nişanlaşdırılıb.

Bu barədə BakiPost.az-a Bakı Nəqliyyat Agentliyinin
İctimai əlaqələr və maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev məlumat
verib.

Bildirib ki, bu məntəqələrdən 12-si hazırda müsabiqəyə
çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1
nörməli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər
Qayıbov küçəsində yerləşir.


Qurum rəsmisi əlavə edib ki, bununla yanaşı yeni
yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində Bakı Kart ödəniş terminalları
yerləşdirilib.

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər