Ru
18:33 / 04 Oktyabr 2018

Bakıda bir vaxtların ən məşhur binası indi üfunət iyi verir - VİDEO

3985
Bu il 95 yaşını qeyd edən Azərbaycan Dövlət Nəşriyyatının binası uçulub-tökülür. 

 

BakuPost xəbər verir ki, nəşriyyat Mətbuat prospektindəki binaya 1974-cü ildə köçüb. O vaxtdan keçən 44 il ərzində bina bir dəfə də əsaslı təmir olunmayıb. Yalnız nəşriyyatın daxili imkanları hesabına müəyyən vaxtlarda cari təmir işləri görülüb və onlar da yalnız kosmetik xarakter daşıyıb. 


"Azərbaycan” nəşriyyatının binası 9 mərtəbədən ibarətdir. Binada müxtəlif redaksiyalara icarəyə verilmiş otaqlar, müxtəlif sexlərin yerləşdiyi çap sahəsi, eləcə də, qəzet-jurnal ekspedisiyası yerləşir. 


Real TV-nin hazırladığı reportajda binanın əsaslı təmirə ehtiyacı olduğu görünür. Binada işləyənlərin yaratdığı natəmiz mühit də diqqətdən yayınmır. Bütün mərtəbələrdə istənilən yerdə siqaret çəkilir, kötükləri hara gəldi atılır, sanitar qovşaqlara üfunətdən yaxın düşüləsi deyil. 


"Azərbaycan” nəşriyyatının mətbuat xidmətinin rəhbəri Yeganə Qasımova bildirib ki, 1974-cü ildən heç vaxt əsaslı təmir olunmayan binada təmir işlərinin aparılması məsələsi bir neçə ildir ki, müzakirə olunur. Lakin indiyədək bunun üçün vəsait ayrılmayıb: "Nəşriyyatın əsaslı təmir olunması bizim öz imkanlarımz xaricindədir. Binadakı vəziyyətdən müvafiq qurumlar da məlumatlıdır. Biz imkanımız daxilində buranı dağılmağa qoymuruq”. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər