Bakıdakı ağır qəzada ölənlərin sayı 3-ə çatdı - VİDEO

386
 Bakının Kürdəxanı qəsəbəsində baş vermiş ağır qəzada ölənlərin sayı 3-ə çatıb.

"Report"un məlumatına görə, hadisə zamanı ağır xəsarət almış və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı ağır xəsarət almış 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı dünən xəstəxanada ölüb.

Ağır qəzada xəsarət almış digər şəxslər - özəl klinikaya köçürülmüş 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Nurəddin oğlu və 3 saylı Kliniki Tibbi Mərkəzə köçürülmüş 1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu koma vəziyyətindədir.

Qeyd edək ki, qəzaya səbəb "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşını yol hərəkətini pozması olub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.
 
Video Player
 
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər