Bakıda barda dava - Qız onu narahat edən oğlanın gözünü çıxardı

Gecə klubunda qanlı cinayət törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
 
Teleqraf.com xəbər verir ki, Günay Süleymanova 2015-ci ilin iyulun 13-də Səbail rayonu, Xəqani küçəsində yerləşən "Troya” gecə klubuna əylənməyə gəlib. 
 
Gecə klubunda tanışlıq təklifi

Günay Süleymanova həmin gün gecə yarıya kimi gecə klubunda əylənib. Ona klubda olan Emin Loğmanov bir neçə dəfə yaxnılaşaraq, tanış olmaq istədiyini bildirib. Lakin Günay Süleymanova Emin Loğmanovla tanış olmaq istəmədiyini bildirib. İyulun 14-də, gecə saat 02-03 radələrində Emin Loğmanov yenidən Günay Süleymanovaya yaxınlaşaraq tanışlıq təklif edib. 

Günay Süleymanova Emin Loğmanovun  ondan əl çəkməməsinə əsəbləşib. O, stolun üstündən götürdüyü pivə qədəhini onun alın nahiyəsinə çırpıb. 
Nəticədə Emin Loğmanov sol gözündən kor olub. 

Biri xəstəxanalıq, digəri həbsxanalıq oldu

Emin Loğmanov xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib. Polisin keçirdiyi əməliyyat nəticəsində Günay Süleymanova həbs edilib. 

Günay Süleymanova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Günay Süleymanova özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, bildirib ki, zərərçəkmiş Emin Loğmanov ondan əl çəkməyib və onunla tanış olmaq istəyib. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hər dəfə Emin Loğmanova tanış olmaq istəmədiyini deyib: "Ancaq məndən əl çəkmədi, dedi ki, sən bar qızısan, mənimlə tanış olmalısan. Deyirdi ki, sən bar qızısan”. 

"Cinsi əlaqədə olmaq istədiyini dedi” 

Günay Süleymanova əlavə edib ki, daha sonra Emin Loğmanov ona əxlaqsız sözlər deyib və onunla cinsi əlaqədə olmaq istədiyini bildirib: "Onun bu sözləri məni əsəbləşdirdi. Buna görə də stolun üstündə olan qədəhi götürərək, başına çırpdım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günay Süleymanova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan Günay Süleymanova apelyasiya şikayəti verib. O, şikayətində əməlinin xuliqanlıq ittihamı ilə düzün tövsüf edilmədiyini qeyd edib. Günay Süleymanova barəsində olan hökmün ləğv edilməsini, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib. 

Günay Süleymanovanın şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada araşdırılıb. 
 
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Günay Süleymanovanın apelyasiya şikayəti təmin edilməyib. 
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Avqust 2017
18 Avqust 2017
Bütün xəbərlər
Bütün xəbərlər