Bakıda avtobusda insident: Polis cinayətkarı tərksilah etdi

817
135 nömrəli avtobusda insident baş verib.

Daxili İşlər Nazirliyindən BakuPost-a verilən məlumata görə, mayın 22-də saat 22 radələrində Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra "Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib. Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub.

Mülki geyimdə olan Coşqun bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb. Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər. Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək, onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb.

Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə məlumat verib. Coşqun həmin şəxsi və maddi sübut kimi "Naqan” markalı tapançanı 7 ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib.

Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı həmin şəxsin Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Sadıxov olduğu müəyyən edilib.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər