Bakıda dəhşətli yol qəzası - Avtobus və 3 maşın toqquşdu, ölənlər var/ FOTO/ YENİLƏNİB

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev səhər saatlarında baş vermiş qəza ilə bağlı məlumat yayıb. 

BakuPost.az xəbər verir ki, o, hadisənin 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) baş verdiyini bildirib. 

Onun sözlərinə görə, hava limanı istiqamətində hərəkət edən Daewoo və Volkswagen Passat markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobillər vaz 2107 markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsatər almayıb. Lakin Daewoo markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

Faktla bağlı araşdırma aparılır.

***
09:58

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza olub.

BakuPost.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Zığ şossesində yol ayrıcında qeydə alınıb. Belə ki, "Daewoo" markalı sərnişin  avtobusu ilə VAZ-2107 və Wolkswagen markalı avtomobillər bir-birinə çırpılıb. 

Hadisə şahidlərinin sözlərinə görə hadisə nəticəsində 2 nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.
 
BakuPost
 







Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər