Ru
12:52 / 23 Yanvar 2017

Bakıda 9 dərəcə isti olacaq

959
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BakiPost.az-a verilən məlumata görə, yanvarın 24-də mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.


Havanın temperaturu Abşeronda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq. 


Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər