Ru
15:32 / 22 Fevral 2017

Bakıda 2 məşhur geyim brendinin mağazası açıldı - FOTO

15980
Bakının məşhur ticarət mərkəzlərindən olan NARGİZ MALL-da iki məşhur geyim brendinin mağazasının açılış mərasimi olubi.

 

BakiPost.az xəbər verir ki, "Jimmy Key” geyim dükanı ilk dəfə olaraq Bakıda təqdim olunur. "Collezione” dükanı isə Qafqazın ən böyük geyim dükanı olaraq fəaliyyət göstərəcək.


Açılış mərasimində Türkiyənin və Azərbaycanın nüfuzlu iş azadmları, tanınmış sənətçilər və media nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə "MR Company”nin həmtəsisçisi Azər Verdiyev açaraq yeni fəaliyyətə başlayan dükanların fəaliyyət strategiyasından danışdı: "Hər birinizi 2012-ci ildən ölkəmizdə uğurla fəaliyyət göstərən "MR Company" adından, şirkətin təsisçiləri Samir Əhmədov və öz adımdan salamlayıram. Məlumat üçün qeyd edim ki, 5 ilə yaxındır ki, fəaliyyət götərən "MR Compan"y bu günə qədər bir çox uğurlu layihələrə imza atmışdır. Bu gün açılışına toplaşdığımız bu gözəl məkan da həmin layihələrdən biridir. Bugün biz "Jimmy Key” və "Collezione” dükanını rəsmi şəkildə alıcıların istifadəsinə veririk. Bütün dünyada məşhur olan türk brendlərinin ölkəmizdə fəaliyyəti olduqca vacib və əhəmiyyətlidir”


Sonra "Sun Holdin” Genel müdürü Ender Çokatar çıxış edərək təmsil etdiyi şirkətin fəaliyyəti barədə geniş məlumat verdi.


"Collezione” Retail Direktoru Tayla Kıraliçıxışında Azərbaycanda ən böyük dükanlarının rəsmi açılışını hər iki ölkə üçün önəmli hadisə olduğunu dedi.


Daha sonra TUİB başqanı, Ali İhsan GencTürkiyə və Azərbaycan iş adamlarının birgə fəaliyyətini müsbət qiymətləndirdiyini dedi.


Tanınmış türk iş adamı, "Büyük Fırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfırat çıxış edərək ikitərəfli əlaqələrin inkişafında iqtisadi əlaqələrin böyük rol oynadığını dedi.


Sonra "Jimmy Key” və "Collezione” dükanın bir çox geyimlərinin tanınmış modellərin iştirakı ilə təqdimatı keçirildi.


Məlumat üçün qeyd edək ki, bu dükan dünya şöhrətli "Jimmy Key” markasının Azərbaycanda fəaliyyətə başlayan ilk dükanıdır. Münasib qiymət, yüksək keyfiyyət şirkətin əsas hədəfidir. Dükanda Jimmy Key markasına aid yüzlərlə çeşid paltar xanımların ixtiyarına verilib. 1997-ci ildə Sun Tekstil öz markasını yaratmaq üçün müxtəlif təklifləri nəzərdən keçirmiş və ilk olaraq "Jimmy Key” kolleksiyasını reallaşdırmışdır. Bu məşhur markanın Türkiyədə 15 mağaza, 36 diler və internet mağazaları var. "Jimmy Key” fərqli və moda geyinməyi sevənlərə özündə idman, əyləncə və dinamizm ehtiva edən, gündəlik və rahat geyim tərzində məhsullar təqdim edir. Dinamik yenilikliyi fəaliyyətlərinin prioritetinə çevirən şirkət öz təcrübəsini dilerləri ilə də paylaşmaqdadır.


Bu dükan Collezione markasının Qafqazdakı ən böyük nümayəndəliyidir. Türkiyədə moda sektorunun öndə gedən markalarından olan Collezione bu sahəyə 1987-ci ildə Bakırköyde açdığı ilk mağazası ilə gəldi. 27 ildir sektorun liderliyini edən "Collezione” bu gün ölkədə 100-dən çox mağaza ilə 200-dən çox satış nöqtəsi, xaricdə isə 55 satış nöqtəsi ilə Türkiyənin geyim sahəsində üstünlüyünü qoruyub saxlamağa müvəffəq olmuşdur. Collezione mağazaları, 'fast fresh fashion' anlayışı ilə keyfiyyətli və moda məhsullarını gənc və özünü gənc hiss eden hər kəs üçün təklif edir.

 





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər