Ru
11:36 / 23 May 2017

- Maşınların arxasındakı sarı nişanlar satılıb? Bakıda 1000 sürücü cərimələndi

2542
"Bu gün saat 12:00-dan etibarən sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətin ləğv ediləcəyi doğrudur”.


Bu sözləri BakuPost.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.


BDYPİ rəsmisi qeyd edib ki, bu müddət ərzində təqribən 1000-ə yaxın sürücü cərimələnib: "Hələlik dəqiq statistika yoxdur, amma açıqlanacaq.

 

Təxminən 1000-ə yaxın sürücü cərimə edilib”.


V.Əsədov bəzi avtomobillərin ön və arxa hissəsində olan sarı rəngli nişanın sürücülərə satılması haqda iddialara da cavab verib: 


"Tamamilə cəfəngiyyatdır. Bu nişanlar yalnız yarışların Təşkilat Komitəsinin iştirakçılarına verilirdi və hər kəsin əldə etmək hüquqi yox idi. Hətta "London” taksi sürücüləri də bura daxildir. 


Onlarla müqavilə bağlanıb və sarı xətti keçmək hüquqları olub. Bir nəfər tanınmış şəxs də götürüb feysbukda yayıb ki, ay aman, taksidə həmin sarı nişanı görmüşəm, hamıya satılır. 


Belə bir şey ola bilməz. Təşkilat Komitəsinin müxtəlif növ avtomobilləri var idi. Onlar heç kimin girişinə icazə olmayan idmançıların qaldığı yerə gedirdilər, dərman, qida və s. xidmətin  daşınması ilə bağlı təchiz olunmuşdular. 


Bu qədər nəzarətin güclü olduğu bir işdə həmin sarı nişanların satılması mümkün deyil. Sadəcə kimlərsə ürək bulandırmağa, dırnaqarası münasibət göstərməyə çalışır. Bu, ölkəmizi sevməyənlərin işidir. 


Ancaq ümumilikdə yüksək səviyyədə yarışlar keçirildi, təşkilatçılıq ən gözəl səviyyədə quruldu. Sürücülərdən tutmuş Təşkilat Komitəsinə qədər hər kəs layiqli şəkildə davrandılar”.


Emil

Baku Post

 


 - Maşınların arxasındakı sarı nişanlar satılıb?  Bakıda 1000 sürücü cərimələndi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər