Ru
22:25 / 28 Mart 2017

Bakı və Şabranda yanğın - İki ailə evsiz qaldı

612
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı və Şabranda bu gün axşam saatlarında baş verən yanğın hadisələri ilə əlaqədar məlumat yayıb.

 

BakiPost.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 81 kvadrat metr olan 3 otaqlı mənzilin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 50 kvadrat metr və dam örtüyü 80 kvadrat metr sahədə yanıb. Qonşu mənzillər və mansardın qalan hissəsi yanğından mühafizə olunub. 


Şabran rayonu, Xırdaoymaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 176 kvadrat metr  olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər