Ru
09:16 / 21 Yanvar 2017

Bakı və Ağdaşda yanğın

732
Ağdaş və Bakıda yanğın qeydə alınıb.


Bakipost.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağdaş rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 10 m² olan hamam otağının yanar konstruksiyaları yanıb.


Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 22:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Digər yanğın hadisəsi Bakı şəhəri, Qaradağ rayonunda baş verib. Ümumi sahəsi 200 m² olan tikilinin elektrik lövhəsində 12 ədəd elektrik sayğacı və 5 p.m elektrik kabeli yanıb.


Otaqlar yanğından mühafizə olunub. Yanğın saat 23:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər