Ru
14:09 / 20 İyul 2017

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı yola düşdü

1891
Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı yola düşüb.


BakuPost.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, sınaq qatarı Türkiyənin Qars şəhərindən Gürcüstana yollanıb.


Sınaq qatarının ilk sərnişinləri arasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, "Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev olub. Adıçəkilən qurumların rəhbərləri yolboyu görülən işlərlə tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparıblar.

 

BakuPost

 

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı yola düşdü
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər