Bakı-Sumqayıt xəttində avtobus qıtlığı - VİDEO

Sumqayıtdan Bakıya gediş-gəlişdə çətinliklər yaranıb. Hətta elə olur ki, sakinlər saatlarla avtovağzalda avtobus gözləməyə məcbur qalır. Yaranmış sıxlığı aradan qaldırmaq üçün addımlar atılırmı?

BakiPost.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq Sumqayıt avtovağzalında Bakıya gəlmək istəyən sərnişinlərin sıxlığı yaşanır. Sakinlər buna səbəb kimi marşrutda lazımı qədər nəqliyyat vasitəsinin olmamasını göstərir. Üstəlik, son günlərdə qanunsuz fəaliyyət göstərən mikroavtobuslara qarşı tədbirlər vəziyyəti daha da ağırlaşdırıb.

Nəticə sərnişinlərə ziyan vurur. Qeyri-normal şəraitdə səyahət, getdiyi yerə gecikmə gündəlik mənzərəyə çevrilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin rəisi Əhməd Rüstəmov da vəziyyəti etiraf edir. Onun sözlərinə görə, bir müddətdir qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobuslar xətdən uzaqlaşdırılıb. Sıxlığın qarşısını almaq üçün interval azaldılsa da, pik saatlarda yenə çətinlik yaranır.

Əhməd Rüstəmov deyir ki, xəttə iri tutumlu avtobuslar əlavə edildikcə problem tədricən aradan qaldırılacaq.
 
Bakı Post


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər