Ru
11:47 / 22 Fevral 2017

Bakı metrosunda pulla dolu çanta oğurladı - Kameraya düşdü/ VİDEO

1202

Yanvarın 17-də Bakı şəhər sakini Şölə Yusifovanın Gənclik
metrostansiyasından Koroğlu metrostansiyasına gedən zaman içərisində pul və
plastik bank kartları olan əl çantası oğurlanıb.

ARB TV xəbər verir ki, dərhal Metropolitenin polis
şöbəsinə məlumat verən zərərçəkənin şikayəti əsasında əməliyyat axtarış tədbirlərinə
başlanılıb.

Metro stansiyalarına quraşdırılmış mühafizə
kameralarının təsvirlərinə baxış keçirilərkən,
həmin saatlarda ərazidə sıxlıq olması əməliyyatçıların işini bir qədər çətinləşdirib.
Buna baxmayaraq, qatara qadının arxasınca minən sərnişinin növbəti stansiyada
düşərək, oranı tələsik tərk etməsi polis əməkdaşlarında şübhə yaradıb. Nəhayət əməliyyatın
sonunda şübhələr özünü doğruldub və məlum olub ki, əməli törədən əvvəllər də məhkum olunmuş 29 yaşlı
Yadigar Rüstəmovdur.


Hadisə baş verən andan bir ay sonra, yəni fevralın
18-i sözügedən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər