Ru
10:03 / 24 May 2018

Bakı metrosunda intihara cəhd - Gənc özünü qatar yoluna atdı

1580

Bu gün saat 09:25-də "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında insident baş verib.


Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BakuPost-a verdiyi məlumata görə, gənc oğlan özünü "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb. 


Bununla bağlı maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər