Ru
20:20 / 13 Fevral 2018

- Epilepsiyası tutan qadın relslərin üstünə düşdü, qatar üstündən keçdi Bakı metrosunda dəhşət

4563
Bakı Metropoliteninin "İnşaatçılar” stansiyasında 42 yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.


BakuPost xəbər verir ki, bu barədə Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Bildirib ki, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb: "Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib”.


Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.


İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər