Ru
10:50 / 25 Aprel 2018

Bakı mərkəzindəki məktəblərdə dərslər təxirə salındı

3538
2018 FORMULA 1 Azərbaycan Qran Pri yarışı” tədbiri ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.

 

BakuPost xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat yayıb.

 

O bildirib ki, həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər