Ru
10:26 / 22 İyun 2018

- Ölən və xəsarət alanlar var Bakı-Ələt yolunda ağır qəza

3156
Bakı-Ələt yolunda yük maşını mikroavtobusla toqquşub.


BakuPost APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-İran sərhədi yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Səid Məmmədovun idarə etdiyi "Shacman” markalı yük maşını Masallı rayon sakini İmran Dadaşovun idarə etdiyi "Ford Tranzit” markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü hadisə yerində ölüb. Onun idarə etdiyi avtomobildə olan daha 3 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər