Ru
13:37 / 18 Yanvar 2017

İcra başçısı sakinləri hədələdi - Uşaq ölümünə görə aksiya

3424
Bir neçə dəqiqə öncə Bakının Qaradağ rayonunda sakinlər Bakı-Astara magistral yolunu bağlayaraq uzun tıxac yaranmasına səbəb olublar.

 


Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, sakinlər yerüstü keçidin tikilməsini tələb ediblər: "Üç gün öncə Səngəçal qəsəbəsi ərazisində 9 yaşlı oğlanı maşın vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu gün isə qəsəbə sakinləri həmin hadisə ilə bağlı toplaşıblar. Onlar ərazidə yerüstü piyada keçidinin tikilməsini tələb ediblər. Sakinlərin toplaşması bir müddət yol hərəkətinə mane olub. Hazırda isə avtomobillərin hərəkəti bərpa edilib”.


K.Əliyev bildirib ki, sakinlərin tələbi ilə bağlı müvafiq qurumlar ərazidə sakinlərl müzakirə aparıblar.

 


Qəsəbə
sakinlərindən BakiPost.az-a verilən məlumata görə, məsələ ilə bağlı dəfələrlə
Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edilib. Lakin heç bir nəticəsi
olmayıb. Onların sözlərinə görə, icra başçısı Süleyman Mikayılov onları daha
yuxarı orqanlara müraciət etdiklərinə görə hədələyib.



Bakı Post
İcra başçısı sakinləri hədələdi -  Uşaq ölümünə görə aksiya
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər