Bakı aeroportunda problem - Yüzlərlə insan sərhəd-buraxılış məntəqəsindən keçə bilmir / Yenilənib

3375
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, hava limanının rabitə qovşağında aparılan profilaktik işlərlə əlaqədar vətəndaşların qeydiyyatı sisteminin fəaliyyətində 20 dəqiqəlik fasilə yaranıb.
 
Artıq sistemin fəaliyyəti bərpa olunub. 
 
 * * *

Təxminən, 40 dəqiqədir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.

BakuPost xəbər verir ki, sərnişlərin Report-a verdiyi məlumata görə, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.

Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər