Ru
15:06 / 23 Aprel 2018

“Bakcell” “Formula-1”lə əlaqədar 4G şəbəkə tutumunu artırdı

3388
"Bakcell" şirkəti "Formula-1 Azərbaycan Qran-Prisi" günlərində mobil rabitə xidmətlərinə artan tələbatı nəzərə alaraq öz şəbəkəsində xüsusi hazırlıq işləri həyata keçirib.


BakuPost-un "Trend"ə istinadən məlumatına görə, bu məqsədlə Bakı şəhərinin mərkəzində və xüsusilə "Formula 1" yarışının keçiriləcəyi ərazilərdə şəbəkə tutumu artırılıb, şəbəkə tutumu maksimum optimallaşdırılıb.

 

"Bakcell" istifadəçilərinə daha keyfiyyətli mobil internet xidməti göstərmək, 4G Şəbəkə tutumunun və əhatə dairəsinin genişləndirilməsi məqsədilə 20-dən çox yeni baza stansiyaları işə salınıb, 6 yeni mobil baza stansiya qurulub. Yarış zamanı 24/7 şəbəkəyə nəzarət və müştərilərə dəstək həyata keçiriləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər