Ru
00:54 / 24 May 2018

Bakcell eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

1798
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında futzal üzrə "Yaz turniri”nə dəstək göstərib. 


BakuPost xəbər verir ki, 18 - 22 may 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən "Yaz turniri”də eşitməqüsurlu əlillərdən ibarət "Bakı”, "Azəri”, "Zirvə”, "Şimşək” və "Ümid” komandaları iştirak edib. 


Turnirin nəticəsində birinci yeri "Azəri” komandası, sonrakı yerləri müvafiq olaraq "Şimşək” və "Zirvə” kollektivləri tutub. "Azəri”nin üzvü Tural Muxtarov ən yaxşı oyunçu, "Zirvə”dən Şövkət Əskərov ən yaxşı qapıçı adına layiq görülüb. Rəqib komandalara 22 qol vuran Ülvi Fərəcli  ("Şimşək” komandasının üzvü) turnirin ən məhsuldar oyunçusu olub.


"Bakcell” şirkəti 2007-ci ildən başlayaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif  turnirlərinə dəstək göstərir.


Özünün genişmiqyaslı "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə "Bakcell” Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir. 

Bakcell eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib
Bakcell eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib
Bakcell eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib
Bakcell eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər