Ru
23:16 / 21 Sentyabr 2017

Bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradıldı

1500
Ali təhsilin bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradılıb.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı " Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” və "Ali təhsilin magistratura səviyyəsi üzə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda müvafiq dəyişiklik edib.

 

Dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə "Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində  bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik və şərabçılıq ixtisasları, ali təhsilin magistratura səviyyəsi üzrə "Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində  ekoloji kənd təsərrüfatı, "Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində landşaft bağçılığı, "İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində aqrobiznes ixtisasları yaradılıb. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər