Ru
21:58 / 14 Oktyabr 2018

Badamdarda sürüşmə ərazisində uçqun - GƏRGİNLİK DAVAM EDİR/ YENİLƏNİB

2598
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında apardığı monitorinqin nəticələri açıqlanıb.


Nazirliyin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, saat 21:00-a olan məlumata əsasən sürüşmə ərazisində gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik baş verməyib. Lakin ara-sıra uçqunlar müşahidə edilir.
*** 18:55
Badamdar şossesində baş verən sürüşmə zonasında gərginlik davam edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan BakuPost-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata görə sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib.


Məlumata görə, sürüşmə kütləsi üzərində asılı vəziyyətdə olan torpaq kütlələrində xırda uçqunlar baş verir.
Badamdarda sürüşmə ərazisində uçqun -  GƏRGİNLİK DAVAM EDİR/ YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər