Babur Hüseynov dəfn olundu

1880
İtkin düşən alpinistlərdən biri Babur Hüseynov Astara rayonunda dəfn olunub.

BakuPost-un APA-ya istinadən xəbərinə görə, mərhum Astaranın Giləkəran qəbiristanlığında torpağa tapşırılıb.

Babur Hüseynovla vida mərasimində onun çalışdığı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov və digər şəxslər də iştirak edib.

Qeyd edək ki, itkin düşən digər alpinistlər Fəridə Cəbrayılzadə Masallıda, Namin Bünyatzadə isə Şəmkirdə dəfn edilib.

Xatırladaq ki, "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər