Ru
18:02 / 20 Sentyabr 2017

AzTV sədrinə sensasiyalı ittihamlar: “Evimi, torpağımı əlimdən alıb...”

1356

Şamaxıda fermer təsərrüfatı
yağmalanıb, toyuq, hinduşka, həmçinin

"Aqrolizinq” ASC-dən icarəyə götürülmüş traktorları aparılıb

Şamaxı rayonu Qızmeydan
kəndinin sakini Səlimə Sadıqova ilə Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq”
açıq səhmdar cəmiyyəti arasında borc üstündə mübahisə yaranıb. Cəmiyyət haqlı
olaraq S.Sadıqovadan icarəyə götürülmüş texnika ilə bağlı yaranmış 4.455 manat
borcu tələb edir. Lakin, sözügüdən texnika aparılıb və şikayətçinin fermer təsərrüfatı
dağıdılıb.



Bu barədə BakuPost.az-a məlumat verən S.Sadıqova
bildirib ki, AzTV QSC-nin rəhbəri Arif Alışanovun həbs etdirdiyi keçmiş həyat
yoldaşı Şücayət Əkbərovdan üç il əvvəl ayrılıb. Boşanmadan sonra ona düşən əmlakı
məhkəmə yolu ilə alaraq ayrıca təsərrüfat yaradıb. "Lakin buna baxmayaraq,
Alışanovun istintaq qrupu keçmiş həyat yoldaşımın ayağına yazdığı saxta cinayət işi ilə heç bir əlaqəsi
olmadığı halda mənim də Çuxuryurd kəndində 20 il əvvəl tikilmiş evimi və torpağımı
əlimdən alıb əvəzsiz olaraq AzTV sədrinin bacısı qızı Nilufər Cəfərovanın adına
keçiriblər”.



C.Sadiqova daha sonra
bildirib ki, A.Alışanov qohum-əqrabalarına məxsus olan və lizinqə götürdükləri iki traktoru, bir transfarmatoru, Çuxuryurd və Mədrəsə
kəndlərindəki həyətyanı sahədə və
fermada saxladıqları 300-dən çox toyuq və
hinduşkanı, 150-dən çox qoyunu, anbardakı tonlarla taxılı, 46 baş iri-buynuzlu
mal-qaranı da ata malı kimi ələ keçirərək onlarca insanı işsiz və çörəksiz qoyublar.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər