Ru
17:27 / 24 Aprel 2017

- Baba Rzayev direktoru işdən çıxardı "Azərışıq"da mühüm dəyişiklik

5086
"Azərışıq" ASC-də kadr dəyişiklyi baş verib.


Bu barədə mia.az-a daxil olan məlumata görə, "Azərışıq" ASC-nin Enerji Satış Departamentinin direktoru Qara Nəbiyev işdən kənarlaşdırılıb.


Məlumatda qeyd olunur ki, ASC sədri Baba Rzayevlə departament direktoru arasında mübahisə düşüb. Nəticədə sədr direktoru işdən azad edib.


Məsələylə bağlı açıqlama verən"Azərışıq" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev bu barədə məlumatsız olduğunu bildirib:


"Bu gün kollegiya olub, amma Qara Nəbiyev iclasda iştirak etməyib. Mən bildiyimə görə, məzuniyyətə çıxıb. Onu deyə bilərm ki, onun işdən çıxarılması ilə bağlı əmr yoxdur".


Qurumun adının çəkilməsini istəməyən əməkdaşının verdiyi məlumata görə isə Qara Nəbiyev ötən həftə işdən kənarlaşdırılıb və artıq neçə gündür ki, işə çıxmır.

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər