Ru
14:10 / 27 İyun 2017

“Azərişıq” dan Bakıda işıqların kəsilməsi ilə bağlı AÇIQLAMA

1352

"Azərişıq” ASC bu gün Bakının bəzi ərazilərində elektrik enerjisi təchizatının
kəsilməsinə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi
Mustafayev "Report”a bildirib ki, işıqların kəsilməsi müvəqqəti olub. "Təchizatın kəsilməsi qış rejimindən yay rejiminə keçməyimizlə bağlıdır. Bundan
başqa, bəzi kabellərdə zədələnmə olmuşdu. Laboratoriyanın onların yerini
müəyyən etməsi də müəyyən qədər vaxt apardı, buna görə də, elektrik enerjisinin
verilişində fasilə yarandı. Hazırda vəziyyət normallaşıb, paytaxt problemsiz olaraq
elektrik enerjisi ilə təmin olunur”, - deyə o, qeyd edib. Qeyd edək ki, bu gün paytaxtın Səbail, Nəsimi və Yasamal rayonlarında elektrik
enerjisi təchizatında fasilə yaranıb. Hətta bəzi işıqforlar da işləməyib.


 

Bakı
Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər