Ru
15:49 / 22 Oktyabr 2018

“Azəri Vandam”ı Bakıda döydülər

3497
Özünü "Azəri Vandam" kimi təqdim edərək sosial şəbəkələrdə videolarını paylaşan Zaqatala sakinini Bakıda döyüblər.


BakuPost Yenicag-a istinadən bildirir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.


Onun metronun Nəriman Nərimanov stansiyasının ətrafında özünü "Vandam" kimi təqdim edib, səs-küy salması ətrafdakılar tərəfindən xoş qarşılanmayıb.


Bu zaman gənclərdən biri "Azəri Vandam"a yaxınlaşaraq "bambılılıq etmə, ətrafda insanlar var" deyib. "Azəri Vandam"ın gəncə cavab qaytarması ona baha başa gəlib.


Belə ki, adını dəqiqləşdirə bilmədiyimiz gənc "Azəri Vandam"ı sillə-təpiyə "qonaq edib". Ətrafdakıların müdaxiləsindən sonra davanın böyüməsinin qarşısı alınıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər