Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi

429
Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinə azərbaycanlı müşavir təyin olunub.

BakuPost APA-ya istinadən xəbər verir ki, nazir İqor Nasalikin imzaladığı sərəncamla İlham Dadaş oğlu Dadaşov nazirin müşaviri təyin edilib.
 
1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İ. Dadaşov 1987-ci ildən Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İ. Dadaşov biznes fəaliyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər