Ru
17:19 / 25 May 2018

Azərbaycanlılar fermeri öldürüb arvadına təcavüz etdilər - Rusiyada

2340
Rusiyanın Volqaqrad əyalətində Azərbaycan və Özbəkistandan olan altı miqrant fermeri öldürüb arvadına isə təcavüz ediblər.


BakuPost qafqazinfo-ya istinadən xəbər verir ki, əkin sahələrində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan şübhəlilər Çin vətəndaşı olan istixana sahibinin böyük satış həyata keçirdiyini öyrəniblər. 


Dəyənəklərlə silahlanan miqrantlar (dördü özbək, ikisi azərbaycanlı) ötən ilin sentyabrın 22-də gecə yarısı fermerin evinə hücum edərək onu və arvadının əllərini bağlayaraq mənzildə pul axtarışına çıxıblar. Lakin heç bir pul vəsaiti tapmayıblar. 


Nəticədə kişini döyüb, arvadına isə təcavüz ediblər. Cinayəti ört-basdir etmək üçün sonda kişini öldürüblər. 


İttiham olunan şəxslər haqda həbs qətimkan tədbiri seçilib. Cinayət sübuta yetirilərsə onları ömürlük həbs gözləyə bilər. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər