Ru
12:10 / 13 Mart 2018

“AliExpress”dən aldığı çantanı öz ixtirası kimi təqdim etdi

3665
Azərbaycanlı tələbə "AliExpress” onlayn alış-veriş saytından aldığı çantanı öz ixtirası kimi təqdim edib.


BakuPost xəbər verir ki, "Xəzər Xəbər”ə müsahibə verən  Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin startap məktəbində çalışan Nihad Quliyev İKT sahəsində daha bir yeniliyə imza atdığını, çox funksiyalı enerji yığıcı və ötürücü xüsusiyyətinə sahib bel çantası ixtira etdiyini deyib. O, ilk dəfə belə bir çantaya ehtiyacı olduğunu əsgərlikdə olan zaman hiss etdiyini bildirib. Daha sonra komandası ilə birlikdə çalışaraq belə bir unikal əşyanı "ərsəyə gətirib”.


Ancaq məlum olub ki, gənc oğlanın ixtirası olduğunu iddia etdiyi çanta "AliExpress” onlayn alış-veriş saytında satışda var. Yəni N. Quliyev alış-veriş saytından aldığı çantanı ixtirası kimi təqdim edərək yalan danışıb.


"Xəzər Xəbər”in çanta ilə bağlı hazırladığı sujet sosial şəbəkələrdə müzakirələrə səbəb olub.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər